GÜRCÜSTAN VƏ ERMƏNİSTAN ARASINDA HUMANİTAR VƏ MƏDƏNİ ƏLAQƏLƏR: MÖVCUD VƏZİYYƏT VƏ PROBLEMLƏR

GÜRCÜSTAN VƏ ERMƏNİSTAN ARASINDA HUMANİTAR VƏ MƏDƏNİ ƏLAQƏLƏR: MÖVCUD VƏZİYYƏT VƏ PROBLEMLƏR

 

 

Doç. Dr. Vahid Ömərov

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,

AMEA Qafqazşünaslıq İnstitutunun Şimali Qafqaz şöbəsinin müdiri Bakü/AZERBAYCAN

vahid-o@mail.ru

ORCİD: 0000-0001-6872-8952

 

20/06/2024

 

Ermənilər bir qayda olaraq, özlərini “qardaş” kimi qələmə verərək məskən saldıqları gürcü torpaqlarını ələ keçirməyə çalışırlar. Erməni tədqiqatçı Tamara Vardanyan “Noravank” elmi-təhsil fondunun təşkilatçılığı ilə keçirilən dəyirmi masada çıxışı zamanı ermənilərin Tbilisini sevdiyini, gürcüləri isə sevmədiklərini qeyd edir (https://regnum.ru/news/society/662474.html).

“Birgə təşəbbüslərə gəlincə, hər iki ölkə hökumətlərinin diqqət mərkəzində ticarət, bütün növ infrastrukturun genişləndirilməsi, turizm, qeyri-mərkəzləşdirilmiş əlaqələrin dərinləşdirilməsi, təhsil və mədəniyyət və bir çox digər sahələrdə əməkdaşlıq dayanır ki, onların həyata keçirilməsi zəruri” (https://www.armenpress.am/rus/news/1101618/2/7) hesab olunurdu.

2010-cu ilin sonları – 2011-ci ilin əvvəllərində Gürcüstan və Ermənistanın prezidentlərinin təşəbbüsü ilə riyaziyyat, fizika və informatikaya dair erməni-gürcü məktəbləri arasında olimpiadanın keçirilməsində əsas məqsəd ölkələrarası elm və təhsil sahəsindəki əməkdaşlığı möhkəmləndirməkdən ibarət olsa da, Ermənistanın məqsədi əslində heç də bundan ibarət deyildi. Ermənilərin hər sahədə özlərini gürcülərlə müqayisə etmələri, Gürcüstanın ərazilərini ələ keçirməyə çalışmaları uydurma “Böyük Ermənistan” xülyasını həyata keçirməyə cəhd göstərmələri, olimpiadada çıxış edən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın fikrindən açıq-aşkar görünür. Sarkisyan gürcülərlə daim rəqabət aparmağın vacibliyini ermənilərə aşılayırdı:

“Ədəbiyyat sahəsində yarışdıq. Kimin teatrının daha qədim, daha yaxşı, kimin futbol və ya şahmat oynamağının daha yaxşı olduğunu mübahisə etdik. Bizim yarışımızın əsası bundan ibarət idi və bu, uşaqlarımıza ötürə biləcəyimiz çox yaxşı bir vəsiyyətdir” (https://www.panarmenian.net/rus/society/news/60097-23.01.2011).

Qeyd etmək lazımdır ki, Gürcüstanda Ermənistanın yardımı ilə, erməni kilsəsi yeparxiyasının nəzdində “Ayartun” adlı “mədəniyyət, təhsil və gənclik mərkəzi” fəaliyyət göstərir. Bu mərkəzin fəaliyyət göstərməsində əsas məqsəd uşaqlara kör-köranə erməni ideologiyasını təlqin etməkdən ibarət olmuşdur.  (https://sputnik-georgia.ru/20161014/Gruzinskie-armjane-ili-Armjanskij-sled-v-strane-solnca-233505005.html -14.10.2016).

Ermənilər guya Tbilisi şəhərinin inkişafına verdikləri töhfələrdən bəhs edərək şəhər ətrafında ekskursiyalar keçirir, siyasətçilər və ictimai xadimlərlə görüşlər təşkil edir, müzakirələr aparırlar. Mərkəzin uşaq bağçası da fəaliyyət göstərir. Valideynlərin qarşısına uşaqların məhz erməni məktəbinə verilməsinə dair şərt qoyulur. Gürcüstandakı erməniləşdirmə siyasəti, həmin mərkəzin direktoru Levon Çidilyanın fikrindən də açıq-aşkar görünür. O qeyd edir ki, mərkəzin əsas məqsədi – hər şeyi erməniləşdirməkdən, erməni dilini və mədəniyyətini qorumaqdan ibarətdir. L.Çidilyan fikrini bu şəkildə ifadə edir:

 “Tbilisidəki ermənilərin ən böyük problemi “erməni mədəniyyəti”nin daşıyıcılarının olmamalarıdır. Əvvəllər kilsə erməni icmasında birləşdirici rolunu oynayırdı. Onun nüfuzu böyük idi”.(https://sputnik-georgia.ru/20161014/Gruzinskie-armjane-ili-Armjanskij-sled-v-strane-solnca-233505005.html -14.10.2016).

L.Çidilyanın ifadəsindən belə aydın olur ki, ermənilər öz məkrli niyyətləri naminə nəinki kilsədən, mədəniyyət mərkəzlərindən də sui-istifadə etməkdən çəkinmirlər. L.Çidilyan, hər kəsi inandırmağa çalışır ki, guya erməni etnosu assimilyasiyaya məruz qalır.

Ermənilər uşaqlarını sırf millətçilik, separatçılık ruhunda böyüdərək öz işğalçılıq məqsədlərindən ötrü əllərində potensial silaha çevirməyə çalışırlar.

Ermənilərin məqsədyönlü şəkildə Gürcüstanda erməni dilinin tədrisinə üstünlük verməsini başqa bir fakt da sübut edir. Hələ 2011-ci ildə Ermənistanın o vaxtkı təhsil və elm naziri olan Armen Aşotyan, Gürcüstandakı məktəblərdə erməni dili fənni üzrə saatların sayının az olmasını və həmin fənnin tədrisinin həftədə 10 saata qədər artırılacağını qeyd etmişdir. (http://arka.am/ru/news/society/24895/-30.03.2011). Armen Aşotyan Gürcüstandakı erməni icmasının tələbi ilə gürcü dərsliklərinin erməni dilinə çevrilərək təhrif olunmasına da çalışırdı.

Elə həmin məkrli niyyətlərindən ötrü erməni “alimləri” özlərindən uydurduqları saxta “əsərləri” dərc edir və bir-birlərinə istinad edirlər.

Qeyd etmək lazımdır ki, erməni “alimləri” saxta əsərlər yazır, yalan müsahibələr verir, lakin əksər hallarda həmin müsahibələr zamanı onlar həqiqəti çox vaxt öz dilləri ilə fərqinə varmadan etiraf edirlər. Buna misal olaraq erməni tarixçisi, Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi Arutyun Xudanyanın Sputnik Gürcüstan informasiya agentliyinə verdiyi müsahibə təsadüfi hesab oluna bilməz. Arutyun Xudanyan Ermənistan-Gürcüstan münasibətlərinə dair tarixin müxtəlif aspektlərini araşdrıraraq, Ermənistanın tarixən Gürcüstana qarşı böyük səhvlərə yol verdiyini istər-istəməz etiraf edir. (https://sputnik-georgia.ru/20190403/Chto-obschego-u-gruzin-i-armyan-na-samom-dele-bolshe-chem-kazhetsya-244842501.html?mobile_return=no– 03.04.2019).

A.Xudanyan gürcü əlifbasının mənşəyi barədə yazır ki, guya erməni salnaməçisi öz əsərində, gürcü çarının Maştosu dəvət etdiyini, ondan gürcülər üçün əlifba yaratmağı xahiş etdiyini qeyd edib. Lakin Maştos, tələbəsi Koryunun dediyi kimi, gürcü dilini bilməmişdir. Ona görə də o, Caq adlı birini tapmış və onlar birlikdə gürcü dilini yaratmışlar. Etnik mənşəyinə görə sonuncunun kim olduğu aydın deyildir. Lakin onun gürcü mənşəli olduğunu “təcrübəli” Maştosun vasitəsilə təsəvvür etmək olardı ki, o da yalnız öz xalqı üçün əlifba yarada bilərdi (https://sputnik-georgia.ru/20190403/Chto-obschego-u-gruzin-i-armyan-na-samom-dele-bolshe-chem-kazhetsya-244842501.html?mobile_return=no– 03.04.2019). Erməni tarixçisi Mesrop Maştos gürcü dilini bilmədiyi halda guya gürcülər üçün əlifba yaratmışdır. Mesrop, özü kimi saxtakarlıqla məşğul olan tələbəsi Koryunun tərəfindən ifşa olunmuşdur. Koryun Mesropun əslində gürcü dilini bilmədiyini etiraf etmişdir. Bu baxımdan Mesropun və tələbəsi Koryunun gürcü əlifbasını yaratmaları haqqında uydurmalar erməni xülyalarıdır.

Qeyd etmək lazımdır ki, Ermənistanın xaricdə “mədəni-ictimai fəaliyyət”lə məşğul olan təşkilatlarına nəinki xaricdən erməni icması, həmçinin, erməni kilsəsi də məqsədyönlü şəkildə kömək edir. 2008-ci ildə Ermənistanın Diaspora Nazirliyinin yaradılması təsadüfi deyildir (https://www.cultureinexternalrelations.eu/cierdata/uploads/2016/08/Armenia_report47.pdf– 13.09.2021).

Tarixi elmləri namizədi Tamara Vardanyanın sözlərinə görə, həm ermənilərin dövlətin iqtisadi, sosial və siyasi həyatına inteqrasiyasında, həm də erməni icmasının özündə problemlər mövcuddur:

 “Gürcüstanda belə bir stereotip vardır ki, öz ölkələrində ermənilər ya bərbər, ya taksi sürücüsü, ya da ayaqqabı ustası işləyirlər”. Vardanyan həmçinin bildirmişdir ki, “Gürcüstanda yaşayan ermənilərin əksəriyyəti bu ölkəni tərk etmək istəyirlər, gələcəklərini burada görmək istəmirlər, ermənilərin Gürcüstan torpaqlarında yad olduqlarını göstərən tarixi yaddaş onların vəziyyətini çətinləşdirir. Vardanyan, ermənilərin Gürcüstanın dövlət sektoruna daxil olmaları üçün ilk növbədə soyadlarını dəyişmələrinin vacibliyini də vurğulayır” (https://regnum.ru/news/society/662474.html– 23.06.2006).

Sirr deyildir ki, erməni millətçiləri Gürcüstanda məkrli məqsədlərini həyata keçirməkdən ötrü gürcü soyadlarını qəbul edir, öz soyadlarının sonuna  – şvili və – dze sonluqlarını əlavə edirlər. (https://www.faktinfo.az/news/gurcustandaki-ermeniler-texribat-menbeyidir – 23.09.2020).

Ermənistan faktiki olaraq monoetnik dövlət olmasına baxmayaraq, erməni icmasının sayı ölkə əhalisinin sayından xeyli artıqdır ki, bu da ölkədə gedən iqtisadi və siyasi proseslərə təsir göstərir. Gürcüstan isə Ermənistandan fərqli olaraq çoxmillətli dövlətdir. Burada yaşayan ermənilər əhalinin təxminən 4,5 faizini təşkil edir.

Gürcüstanda mövcud olan “mədəniyyət” mərkəzləri vasitəsilə ermənilər əslində burada mövcud olan hər şeyi mənimsəməyə – erməniləşdirməyə çalışırlar. Antik dövrdən bu vaxta qədər tarixin heç bir səhifəsində adına rast gəlinməyən “Böyük Ermənistan” xülyasını reallaşdırmaqdan ötrü erməni millətçiləri hər yola əl atırlar.

E.Şevardnadzenin hakimiyyəti dövründə  Ermənistan Respublikası ilə Gürcüstan arasında mədəni-maarif sahəsində əlaqələr yarandı. Hələ 1992-ci ildə “Gürcüstan Respublikası Hökuməti və Ermənistan Respublikası Hökuməti arasında 1992-1995-ci illərdə iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında” müqavilə bağlandı. («Айастани Анрапетутюн», 06.06.1992).

1993-cü il mayın 19-da iki ölkə prezidentlərinin İrəvan görüşü zamanı, “Ermənistan Respublikası və Gürcüstan Respublikası hökumətləri arasında mədəni, elmi və humanitar əməkdaşlıq haqqında” və 15 oktyabr 1993-cü ildə “Ermənistan Respublikası Hökuməti Bədən Tərbiyəsi, İdman İdarəsi və Gürcüstan Respublikasının İdman Departamenti yanında gənclər idarəsinin  əməkdaşlığı haqqında” müqavillər  bağlanılmışdır” (http://www.laws.am/, /http://www.armenia foreignministry.am/doc/conventions/3-15-georgia-sport-19.05.93-a- 19.05.1993).

Ermənistan və Gürcüstan mədəni əlaqələri genişləndirmək üçün Ermənistanın Gürcüstandakı o vaxtkı səfiri Ovannes Manukyan 2012-ci il noyabrın 22-də Gürcüstanın keçmiş mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariya ilə görüşüb. Erməni diplomat qeyd edib ki, mədəniyyət iki ölkə arasında münasibətlərdə mühüm sahələrdən biridir və buna görə də erməni və gürcü xalqlarının mədəni köklərində çoxlu ümumi cəhətlər var. Gürcüstanlı nazir, öz növbəsində,  iki ölkə ictimaiyyətinin, xüsusən də gənc nəslin bir-birini daha da yaxından tanımasına imkan verəcək bütün bu təşəbbüslərin əhəmiyyətini qeyd edib. Bununla bağlı Ermənistan səfiri Gürcüstanda, xüsusən də televiziyada gürcülərə Ermənistanı və onun mədəniyyətini daha yaxından tanımağa imkan verəcək bu cür verlişlərə təşəbbüs göstərməyi təklif edib. Həmsöhbətlər “erməni mənəvi-mədəni abidələrinin qorunub saxlanılması” və yenidən qurulması, habelə onların Erməni Kilsəsinin Gürcüstan yeparxiyasına qaytarılması məsələsini müzakirə edərək, bu məsələlərin tez və səmərəli həllinin zəruriliyini qeyd ediblər. Tərəflər həmçinin Ermənistan və Gürcüstan mədəniyyət nazirliklərinin 2013-2015-ci illər üçün əməkdaşlıq proqramı çərçivəsində mədəni tədbirlərin təşkilini müzakirə etmişlər (https://armenpress.am/rus/news/700417.html– 17.02.2023).

Postsovet dövründə Ermənistan və Gürcüstan arasında humanitar, elm və təhsil əlaqələri kifayət qədər aşağı səviyyədə həyata keçirilirdi. Ermənistan (Gürcüstan tərəfinin razılığı ilə) erməniləri gürcü məktəbləri üçün dərsliklərlə (əsasən erməni dili və ədəbiyyatı ilə)  təchiz edirdi.

Ermənistan və Gürcüstan arasında humanitar və mədəni əməkdaşlığın perspektivlərinə mənfi təsir göstərən ciddi amil həm də ənənəvi olaraq etniklərarası və ermənilərlə gürcülər arasında ünsiyyət vasitəsi olan rus dilinin Gürcüstanda (xüsusilə gənc nəsil arasında) öz mövqelərini tədricən itirməsidir.

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi 2022-ci ildən 2024-cü ilə qədər ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlığın fəallaşmasını nəzərdə tutan memorandum imzalayıbdır.

“Ermənistan Respublikasının təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Ara Xzmalyan gələcəkdə birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər verib. O, xüsusən də Cavaxetidə  yaşamış erməni şairi Vaan Teryanın ev-muzeyinin bərpasına önəm verib. Bununla bağlı nazir müavini Ermənistanın ekspert yardımı göstərməyə hazır olduğunu vurğulayaraq, bu prosesə özəl investisiyaların cəlb edilməsinin mümkünlüyünü qeyd edibdir.” (https://arminfo. info/full_news php?id =70458&lang=2).

Erməni tərəfinin təkliflərinə mədəni marşrutların inkişafı, Akademiyalar arasında əməkdaşlığın dərinləşdirilməsi də daxil idi.

Yerli əhalini ən çox düşündürən məsələ erməni dilində olan dərsliklərin Gürcüstana buraxılmamasıdır. Onların  nümayəndələrinin sözlərinə görə, bunun üçün hansısa ciddi əsas göstərilmir. “Haradasa başa düşmək olar ki, tarix kitablarını buraxmaqda müəyyən ehtiyat edirlər, amma dil, biologiya, fizika, kimya dərslikləri niyə buraxılmır, bunu anlamaq olmur.” (https://www.bbc.com/azeri/region/2015/06/150616_akhalkalaki_seymur 2/8 – 15.10.2021).

Ermənistanın keçmiş təhsil naziri Movsesyanın sözlərinə görə, bu məsələ Ermənistan və Gürcüstanın Təhsil Nazirlikləri arasında müzakirə olunmuşdur. “Hər iki ölkənin nazirləri qarşılıqlı səfərlər etdilər, ümid edək ki, yaxın zamanda məsələ həllini tapacaq. (https://www.bbc.com/azeri/region/2015/06/150616_akhalkalaki_seymur 2/8– 15.10.2021).

Beləliklə, Gürcüstan və Ermənistan arasında mədəni-humanitar əlaqələrə dair rəsmi müqavilələr və sazişlər olsa da hər iki ölkə arasında bu əlaqələrə lazımi səviyyədə diqqət yetirilmir.

 

       İnternet Kaynakları:

  1. Армянская община Грузии: степень интеграции и ситуация с правами – эксперт, (2006) https://regnum.ru/news/society/662474.html (Erişim Tarihi: 11.02.2024).
  2. Армения и Грузия подписали Соглашение о взаимных безвизовых поездках для граждан двух государств (2023) https://www.armenpress.am/rus/news/1101618/2/7 (Erişim Tarihi: 11.02.2024).
  3. Президенты Армении и Грузии вручили награды победителям первой армяно-грузинской школьной олимпиады (2011) https://www.panarmenian.net/rus/society/news/60097 (Erişim Tarihi: 11.02.2024).
  4. Грузинские армяне, или Армянский след в стране солнца (2016) https://sputnik-georgia.ru/20161014/Gruzinskie-armjane-ili-Armjanskij-sled-v-strane-solnca-233505005.html (Erişim Tarihi: 11.02.2024).
  5. Сотрудничество между Арменией и Грузией в сфере образования приобретает новое качество – министр (2011) http://arka.am/ru/news/society/24895/ (Erişim Tarihi: 11.02.2024).
  6. Что общего у грузин с армянами – на самом деле больше, чем кажется (2019) https://sputnik-georgia.ru/20190403/Chto-obschego-u-gruzin-i-armyan-na-samom-dele-bolshe-chem-kazhetsya-244842501.html?mobile_return=no (Erişim Tarihi: 11.02.2024).
  7. Armenia country report (2014), https://www.cultureinexternalrelations.eu/cierdata/uploads/2016/08/Armenia_report47.pdf (Erişim Tarihi: 11.02.2024).
  8. Salayev, (2020) Gürcüstandakı ermənilər təxribat mənbəyidir https://www.faktinfo.az/news/gurcustandaki-ermeniler-texribat-menbeyidir (Erişim Tarihi: 11.02.2024).
  9. «Договор между правительством РГ и РА (1992-1995гг.) о сотрудничестве экономическо, научно-технической культурной связи», http://www.laws.am/, /http://www.armenia foreignministry.am/doc/conventions/3-15- georgia-sport-19.05.93. (Erişim Tarihi: 11.02.2024).
  10. Новости Армении-АРМЕНПРЕСС (2022), “Армения и Грузия расширят культурные связи” https://armenpress.am/rus/news/700417.html (Erişim Tarihi: 11.02.2024).
  11. Оганесян Алина (2022). Армения и Грузия активизирует сотрудничество в культурной сфере https://arminfo. info/full_news php?id =70458&lang=2 (Erişim Tarihi: 11.02.2024).
  12. BBC News Azərbaycanca (2021), “Kazımov S. Axalkalakidən reportaj: Burada hələ də Sovet ab-havası hökm sürür” https://www.bbc.com/azeri/region/2015/06/150616_akhalkalaki_seymur 2/8 (Erişim Tarihi: 11.02.2024).
Skip to content